Türkiyə Yunanıstana xəbərdarlıq etdi

“Yunanıstan siyasətçilərinin Egey dənizində ərazi sularını 12 milə qədər genişləndirmə barədə bəyanatları ilə bağlı ölkəmizin mövqeyi aydındır”.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib.

“Türkiyə olaraq hesab edirik ki, Egey dənizində ədalətli, xoşniyyətli və beynəlxalq hüquq prinsiplərinə uyğun dəniz sərhədlərinin bölgüsü yalnız qarşılıqlı dialoq və xoş niyyət çərçivəsində mümkün ola bilər.

Yunanıstanın mövcud mübahisələri nəzərə almayan və Türkiyə tərəfinin hüquqlarını pozan birtərəfli addım, iddia və açıqlamaları beynəlxalq hüquqa ziddir və qəbul edilə bilməz. Bu açıqlamalar ölkəmiz üçün heç bir hüquqi nəticə doğurmur”, – o bildirib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button