İran ABŞ-nin tələbini rədd edib – Raket proqramı da müzakirə olunmayacaq…

İran Omandakı danışıqlarda Vaşinqtonun uran zənginləşdirilməsini dayandırması barədə tələbini rədd edib.
“AzPolitika” xəbər verir ki, bu barədə həm “Reuters” agentliyi, həm də “Wall Street Journal” qəzeti ayrı-ayrılıqda məlumat verib. “Reuters”ə danışan diplomatlardan biri deyib ki, Tehran uran zənginləşdirilməsinin səviyyəsi və ya bunun üçün regional konsorsiumun yaradılmasını müzakirə etməyə hazır olduğunu bildirib. O həmçinin Omanda İranın raket proqramın müzakirə edilməyəcəyini söyləyib.
“New York Times” qəzeti isə İranın ballistik raket proqramı ilə bağlı komplekslərini sürətlə bərpa etdiyini yazıb. Söhbət İsraillə İran arasındakı 12 günlük müharibədə zərər görmüş obyektlərdən gedir. Bununla belə Tehranın əsas nüvə obyektlərinin bərpasında uğur əldə etmədiyi vurğulanıb.
İran iyul ayında açıqlayıb ki, 60%-lik uran ehtiyatı ABŞ bombardmanından sonra torpaq altında qalıb. Beynəlxaql Atom Enerji Agentliyi isə inspektorlarının İran tərəfindən ölkəyə buraxılmadığını bunun üçün real səviyyəni müəyyən edə bilmədiklərini açıqlayıb.
Polise.az



