Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək

İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə ABŞ-a səfər edəcək.
Polise.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail hökumət başçısının ofisi məlumat yayıb.
Məlumata görə, fevralın 11-də Vaşinqtonda Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında görüşün keçirilməsi gözlənilir.
Görüşün əsas mövzusu ABŞ ilə İran arasında aparılan danışıqlar olacaq.
Polise.az



