DİN insan alveri ilə bağlı müraciət edib – VİDEO

DİN insan alveri ilə bağlı müraciət edib.
DİN-in Mətbuat Xidmətindən Polise.az-a verilən məlumata görə, müraciətdə bildirilib ki, saxta elanlara inanaraq xarici ölkələrə səfər edən bəzi vətəndaşların sənədləri əllərindən alınır, onlar məcburi əməyə, cinsi istismara məruz qalır və sonda insan alverinin qurbanına çevrilirlər:
“Bəs bu kimi hallardan qorunmaq üçün nə etməliyik?
1. Xaricdə yüksək məvacibli iş və təhsillə bağlı onlayn təklif aldıqda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin “152“ Qaynar Xəttinə müraciət edərək konfidensiallıq təmin edilməklə ödənişsiz məsləhət ala;
2. Getmək istədiyiniz ölkədə akkreditasiya olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya Konsulluğu ilə əlaqə saxlayıb elanın həqiqiliyini dəqiqləşdirə;
3. İş və təhsil təklif edən şirkətin, eləcə də fiziki şəxsin xüsusi icazəsini, yəni lisenziyasını tələb edə;
4. Bağlanacaq əmək müqaviləsinin surətini istəyə bilərsiniz.
Ehtiyat tədbirləri bununla da bitmir. Ölkə hüdudlarını tərk etdikdən sonra da diqqətli olmalı, şəxsiyyətinizi təsdiq edən sənədləri heç kimə etibar etməməlisiniz. Əmək fəaliyyəti ilə məşğul olarkən əmək müqaviləsi bağlamalı, sizə qarşı edilən istənilən qanunazidd əməl barədə dərhal yerli polis orqanına, eləcə də həmin ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliyimizə və ya Konsulluğa müraciət etməlisiniz.
İnsan alveri haqqında məlumatlı ol, qurbana çevrilmə!”
Polise.az



