Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlər hazırdır-Zelenski

Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlər artıq hazırdır.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski özünün Telegram kanalında məlumat verib .
“Zəmanət sənədləri hazırdır. Təhlükəsizliyə alternativ yoxdur. Sülhə alternativ yoxdur. Dövlətimizi bərpa etməyin alternativi yoxdur. Ukraynanın danışıqlar qrupu hər gün substantiv sənədlər və təkliflər üzərində işləyir. Əsas məsələ odur ki, tərəfdaşlarımız Ukraynada bizimlə eyni hissləri bölüşürlər. Sülh lazımdır və etibarlı təhlükəsizlik zəmanətləri sülhün yeganə real əsasıdır”, – deyə Ukrayna lideri vurğulayıb.
Qeyd edək ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri çoxmillətli qüvvələrin bu ölkəyə göndərilməsini özündə ehtiva edir.
Polise.az



