Ərəb ölkələri İsrailin İordan çayı sahilində səlahiyyətlərini genişləndirməsinə qarşıdır

Səudiyyə Ərəbistanı, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla region ölkələri İsrailin İordan çayının qərb sahilində məskunlaşmanı asanlaşdıran və öz səlahiyyətlərini genişləndirən qərarlarını pisləyiblər.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, İsrailin təhlükəsizlik kabinetinin bazar günü qəbul etdiyi qərarlar yəhudi köçkünlərin Qərb sahilində torpaq almasını asanlaşdıracaq və guya tam şəkildə Fələstin administrasiyasının nəzarətində olan ərazilərdə İsrail hakimiyyətinin fəaliyyət imkanlarını genişləndirəcək. İki yüksəkvəzifəli İsrail naziri bu addımların həyata keçiriləcəyini bildirib. Onlardan biri, ultramillətçi maliyyə naziri Betsalel Smotriç açıqlamasında hökumətin Fələstin dövlətinin ideyasını məhv etməyə davam edəcəyini deyib.
Polise.az



