Ötən ay Azərbaycanda neçə cütlük boşanıb? – AÇIQLAMA

Ədliyyə Nazirliyindən bildirilib ki, cari ilin yanvar ayı ərzində 2914 nikah qeydə alınıb.
Bildirilib ki, bu dövr ərzində 1779 nikah pozulub.
” 2026-cı ilin yanvar ayı ərzində 6243 ölüm qeydə alınıb”, məlumatda bildirilir.
Qeyd edək ki, ötən ilin yanvar-noyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44996 nikah və 18832 boşanma halları qeydə alınıb. Keçən ilin yanvar-noyabr ayları ərzində ölkədə ölüm hallarının sayı isə 54582 olub./Aznews.az\



