Uşaqlar barəsində yeni dövlət siyasəti müəyyən edilir

Uşaqlar barəsində yeni dövlət siyasəti müəyyən edilir
Polise.az Teleqraf-a istinadəmn xəbər verir ki, yeni qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, uşaqlar barəsində dövlət siyasətinin məqsədləri aşağıdakı kimidir:
– uşaqların hüquq və azadlıqlarının təmin edilməsi, uşaq hüquqlarının təminatının hüquqi əsaslarının formalaşdırılması;
– uşaqların hüquq və azadlıqlarının müdafiəsi üçün institusional mexanizmlərin yaradılması, onların pozulmuş hüquqlarının bərpası;
– uşaqlara qarşı ayrı-seçkiliyə yol verilməməsi və bütün uşaqlar üçün bərabər imkanların yaradılması;
– çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsi;
– uşaqların fiziki, əqli, mənəvi və əxlaqi inkişafı, onların vətənpərvərlik, vətəndaşlıq, sülhpərvərlik, milli adət və ənənələrə hörmət ruhunda tərbiyə olunması;
– uşaqlarda hüquq mədəniyyətinin formalaşdırılması;
– uşaqların sağlamlığına və inkişafına zərər vuran məlumatlardan qorunması.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Polise.az



