SEPAH Azərbaycanı və Ermənistanı təhdid etdi – “intiqam günü yaxınlaşır”

İranda radikal hərbi-siyasi qanadı təmsil edən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yenidən regionu hədəfə alan sərt və təhdid dolu açıqlama ilə gündəmə gəlib.

SEPAH-a yaxın informasiya resurslarında yayılan bəyanatda “Amerikanın cəzalandırılacağı günün yaxınlaşdığı” bildirilir və ABŞ-la əməkdaşlıq edən ölkələr açıq şəkildə xəbərdar edilir.

Mesajda Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Azərbaycanla yanaşı, Ermənistanın da “diqqət mərkəzində olduğu” xüsusi vurğulanır. Beləliklə, İran daxilində sərt xətt tərəfdarlarının ritorikası bu dəfə təkcə Körfəz ölkələrini deyil, həm də Cənubi Qafqazın iki əsas dövlətini – Azərbaycan və Ermənistanı eyni siyahıya daxil edir.

Musavat.com bildirir ki, açıqlama formal olaraq ABŞ-a yönəldilmiş kimi təqdim olunsa da, faktiki olaraq Vaşinqtonla hərbi və ya siyasi əməkdaşlıq edən ölkələrə birbaşa xəbərdarlıq xarakteri daşıyır. “Nəticələrin mümkün olacağı” barədə mesaj isə açıq şəkildə təhdid tonundadır və regionda onsuz da həssas olan təhlükəsizlik balansına əlavə gərginlik qatır.

Bu, SEPAH dairələrinin ilk belə çıxışı deyil. ABŞ vitse-prezidenti Vensin regiona gəlişi ilə SEPAH demək olar ki, saatbaşı ətraf ölkələrə təhdid yağdırır. 

17707394403905612320_1200x630.jpg (544 KB)

Maraqlıdır ki, İranın prezidenti Məsud Pezeşkian son açıqlamalarında tam fərqli xətt nümayiş etdirir. O, region ölkələrinə, ABŞ-ın son təhdidlərinin qarşısını alınmasında İrana verdikləri dəstəyə görə, xüsusi təşıkkür edib. Burada Türkiyə, Misir, BƏƏ, Azərbaycan, Səudiyyə Ərəbistanı xüsusi qeyd olunub. Pezeşkian bildirib ki, son ABŞ-İran gərginliyi zamanı diplomatik kanallar və vasitəçilik səyləri mümkün eskalasiyanın qarşısını almaqda əsas rol oynayıb.

Beləliklə, rəsmi prezident xətti ilə SEPAH-a yaxın radikal ritorika arasında açıq ziddiyyət müşahidə olunur. Prezident gərginliyi azaltmaqdan danışdığı halda, sərt qanad region ölkələrinə qarşı “intiqam günü” kimi emosional və aqressiv ifadələr işlədir.

sepah.jpg (85 KB)

Analitiklər hesab edir ki, bu cür bəyanatlar iki məqsədə xidmət edə bilər: birincisi, ABŞ və müttəfiqlərinə psixoloji təzyiq göstərmək; ikincisi isə region ölkələrini balans siyasətinə məcbur etmək. Azərbaycan və Ermənistanın eyni siyahıda çəkilməsi isə göstərir ki, Tehran daxilində müəyyən dairələr ABŞ vitse-prezidenti Vensin hər iki ölkəyə səfərinin nəticələrindən narazı qalıblar.

Hazırkı mərhələdə əsas sual budur: İran daxilində diplomatik xətt üstünlük qazanacaq, yoxsa sərt və təhdid ritorikası region siyasətinə yön verəcək? SEPAH-ın növbəti mesajı Cənubi Qafqaz və Körfəz bölgəsində onsuz da kövrək olan təhlükəsizlik mühitini daha da həssas vəziyyətə gətirib. Region yeni gərginlik dalğasının astanasındadır.\Musavat\

Polise.az 

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button