Japarov: Bu qərarı verməsəydim, Qırğızıstan parçalanacaqdı

“Baş nazirin müavini və Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyevin vəzifədən azad edilməsi cəmiyyətdə iki düşərgəyə bölünmənin qarşısını aldı”.

Polise.az Teleqraf -a əsasən xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov dövlət informasiya agentliyi “Kabar”a verdiyi müsahibədə bildirib.

“Əgər bu cür qətiyyətli addımlar atmasaydım, yaxın vaxtlarda xalq iki hissəyə bölünəcəkdi”, – o vurğulayıb.

Japarovun sözlərinə görə, münaqişə parlamentdə yetişməyə başlamışdı:

“Bir qrup deputat həmkarlarını iki düşərgəyə – prezident və Taşiyevin tərəfdarlarına ayırmağa başlamışdı. Sonradan bu parçalanma digər siyasi-ictimai xadimlər arasında da başlamışdı, növbədənkənar prezident seçkilərinin keçirilməsi tələb edilirdi.

Əgər Kamçıbek Taşiyevi vəzifədən azad etməsəydim, dövlət strukturları və cəmiyyətdə parçalanmaya nail olmağa çalışan şəxslərin fəaliyyəti nəticəsində bütün bunlar münaqişəyə gətirib çıxara bilərdi. Ona görə də dostumu işdən çıxarmağa məcbur oldum”.

Prezident həmçinin bildirib ki, bu qərarı verməzdən əvvəl Taşiyevə zəng edərək vəziyyəti izah edib: “Onu ətrafındakı şəxslər yoldan çıxarırdı”.

Xatırladaq ki, Qırğızıstan Prezidenti fevralın 10-da Taşiyev və üç müavinini vəzifələrindən azad edib. O, həmçinin Sərhəd Xidmətini bu qurumun tərkibindən çıxarıb və ölkənin rəhbər şəxslərinin təhlükəsizliyini təmin edəcək Dövlət Mühafizə Xidmətini yaradıb. Taşiyev istefaya göndərilən zaman Almaniyada müalicədə idi, fevralın 13-də Bişkekə qayıdıb.

Qırğızıstan lideri başqa bir fərmanla Jumqalbek Şabdanbekovu Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edib.

“Baş nazirin müavini və Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyevin vəzifədən azad edilməsi cəmiyyətdə iki düşərgəyə bölünmənin qarşısını aldı”.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov dövlət informasiya agentliyi “Kabar”a verdiyi müsahibədə bildirib.

“Əgər bu cür qətiyyətli addımlar atmasaydım, yaxın vaxtlarda xalq iki hissəyə bölünəcəkdi”, – o vurğulayıb.

Japarovun sözlərinə görə, münaqişə parlamentdə yetişməyə başlamışdı:

“Bir qrup deputat həmkarlarını iki düşərgəyə – prezident və Taşiyevin tərəfdarlarına ayırmağa başlamışdı. Sonradan bu parçalanma digər siyasi-ictimai xadimlər arasında da başlamışdı, növbədənkənar prezident seçkilərinin keçirilməsi tələb edilirdi.

Əgər Kamçıbek Taşiyevi vəzifədən azad etməsəydim, dövlət strukturları və cəmiyyətdə parçalanmaya nail olmağa çalışan şəxslərin fəaliyyəti nəticəsində bütün bunlar münaqişəyə gətirib çıxara bilərdi. Ona görə də dostumu işdən çıxarmağa məcbur oldum”.

Prezident həmçinin bildirib ki, bu qərarı verməzdən əvvəl Taşiyevə zəng edərək vəziyyəti izah edib: “Onu ətrafındakı şəxslər yoldan çıxarırdı”.

Xatırladaq ki, Qırğızıstan Prezidenti fevralın 10-da Taşiyev və üç müavinini vəzifələrindən azad edib. O, həmçinin Sərhəd Xidmətini bu qurumun tərkibindən çıxarıb və ölkənin rəhbər şəxslərinin təhlükəsizliyini təmin edəcək Dövlət Mühafizə Xidmətini yaradıb. Taşiyev istefaya göndərilən zaman Almaniyada müalicədə idi, fevralın 13-də Bişkekə qayıdıb.

Qırğızıstan lideri başqa bir fərmanla Jumqalbek Şabdanbekovu Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button