Bakı və Ağ Evin əsas planı belədir: Üç aylıq hədəf budur

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri ABŞ ilə münasibətlərdə yeni səhifə açmış oldu. Bundan öncə Azərbaycan-ABŞ əlaqələri heç vaxt bu qədər sıx olmamışdı. Həmçinin yaxın üç ay müddətində böyük layihələr, investisiyalarla bağlı Azərbaycan və ABŞ hökumətləri yeni bir yol xəritəsi də açıqlamalıdır.

Bu sözləri Teleqraf-a açıqlamasında ReAl Partiyasının sədri Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, bu yol xəritəsi açıqlanandan sonra daha konkretlik olacaq:

“Bu konkretlik də investisiyaların həcmi, əməkdaşlığın genişlənməsi məsələlərini əhatə edəcək. Bundan başqa iki ölkə arasında hərbi və təhlükəsizlik sahəsində də əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bunun özü də yeni bir səhifədir. Çünki, məlum 907-ci düzəliş Azərbaycanla ABŞ arasında bu sahələrdə əməkdaşlığa müəyyən məhdudiyyətlər qoyurdu”.

Natiq Cəfərli bildirib ki, artıq 907-ci düzəliş dondurulub və onun ləğvi də gündəmdədir: “Sözsüz ki, açılan səhifədən nə qədər istifadə etmək imkanları Azərbaycandan asılıdır. Ölkəmizə nə qədər investisiya cəlb edə biləcəyik anlayışları aktualdır. Çünki amerikalı investorlar Azərbaycana maraq göstərməlidir. Ona görə də burada “ev tapşırığını” həyata keçirməyə ehtiyac var”.

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button