Əli Kərimli və Məmməd İbrahimin şikayətləri təmin edilmədi

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayətlərinə baxılıb.
Polise.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayətlər təmin edilməyib.
Qeyd edək ki, ötən il Səbail Rayon Məhkəməsinin qərarı ilə Əli Kərimli və Məmməd İbrahim barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu il 9 fevralda isə onların barəsində seçilmiş həbs qətimkan tədbiri daha 4 ay müddətinə uzadılıb.
Xatırladaq ki, təqsirləndirilən şəxslərə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.



