Moskvada azərbaycanlı ər və arvadın meyitləri tapıldı – YENİLƏNDİ

Moskvada intihar etdiyi bildirilən azərbaycanlı ər və arvadla bağlı yeni məlumatlar üzə çıxıb.

Teleqraf xəbər verir ki, Rusiya mediası ər və arvadın beş yaşlı övladlarının gözü qarşısında intihar etdiyini yazıb.

Bildirilir ki, uşaq hazırda müvəqqəti olaraq hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.

Rusiyanın Telegram kanalının məlumatına görə , mərhum cütlük, 41 yaşlı Vasif və 38 yaşlı Aygün alt paltarı mağazasına sahib idilər. Onlar bizneslərinə Xantı-Mansi Muxtar Dairəsində başlayıblar, bir müddət əvvəl paytaxta köçüblər və evlərinin yaxınlığında mağaza açıblar. İntiharın səbəbi hələlik məlum deyil.

Psixoloqlar körpə ilə işləyir; cütlüyün üç uşağı qalıb.

***

23:00

Yeni Moskvada hündürmərtəbəli binanın yaxınlığında kişi və qadın cəsədləri tapılıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hadisə Salaryevo Park yaşayış kompleksində baş verib.

Hadisənin səbəbi araşdırılır.

Məlumata görə, hər iki şəxs azərbaycanlıdır və onların azyaşlı uşaqları var.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button