Təhsil İdarəsindən Mingəçevirdə məktəbin pəncərəsindən yıxılan şagirdlə bağlı açıqlama – FOTO/YENİLƏNDİ

Mingəçevirdə məktəbin pəncərəsindən yıxılıb xəsarət almış şagirdin vəziyyəti idarə tərəfindən nəzarətdə saxlanılır.

Bu barədə Mərkəzi Aran Regional Təhsil İdarəsindən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib.

“Fevralın 18-də Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 11-ci sinif şagirdi pəncərədən yıxılıb. Hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə olunması üçün müvafiq səhiyyə müəssisəsinə yönləndirilib. Hadisə ilə bağlı məktəblinin valideynlərinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Qeyd edirik ki, xəsarət almış şagirdin vəziyyəti idarə tərəfindən nəzarətdə saxlanılır. İctimaiyyətdən aparılan araşdırmanı nəzərə alaraq məsələyə həssas yanaşılması və hadisə ilə bağlı yalnız rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, – məlumatda vurğulanıb.

Şəbnəm Zahir

***

​MİNGƏÇEVİR, 18 fevral. TELEQRAF

Mingəçevirdə yuxarı sinif şagirdi oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə 3 saylı tam orta məktəbdə baş verib.

Şagird Elmin Kasumov oxuduğu məktəbin ikinci mərtəbəsindən yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, zərərçəkən Rusiyada doğulub. 3 saylı məktəbdə daha çox rusdillilər təhsil alır.

Faktla bağlı araşdırma başlanıb.

 

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button