Türkiyə Prezidenti: İranı hədəf alan müharibə heç kimə heç nə qazandırmaz

“İranı hədəf alan yeni bir müharibə heç kimə heç nə qazandırmaz, əksinə, bölgəmiz uduzar”.
Polise.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efiopiya səfərindən qayıdarkən media nümayəndələrinin suallarına cavabda deyib.
“Türkiyə olaraq İrana hərbi müdaxiləyə qarşı olduğumuzu bütün tərəfdaşlarımıza çatdırdıq”, – deyə Ərdoğan əlavə edib.
Polise.az



