Tokayev: Trampın adına mükafat təsis edilsin

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Amerika lideri Donald Trampın adını daşıyan xüsusi mükafatın təsis edilməsi təklifi ilə çıxış edib.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, o, bu təkliflə Sülh Şurasının ilk iclasında çıxış edib.
Tokayev bildirib: “Prezident Trampın sülh quruculuğundakı görkəmli səyləri və nailiyyətlərinin tanınması üçün onun adına xüsusi Sülh Şurası mükafatı təsis etmək təklifi ilə çıxış etmək istərdim. Əminəm ki, cənab Prezident, Sizin rəhbərliyiniz altında Sülh Şurası öz böyük və nəcib missiyasını uğurla yerinə yetirəcək”.
Polise.az



