Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçiriləcək

Fevralın 25-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) İctimaiyyətlə əlaqələr idarəsinin konfrans zalında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, qanlı faciənin 34-cü ildönümünə həsr olunmuş tədbirin təşəbbüskarı Ankarada fəaliyyət göstərən Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondudur (TADİV).
TBMM-nin himayəsi ilə keçiriləcək tədbirə təşkilati dəstəyi ölkəmizin Türkiyədəki səfirliyi göstərəcək.
Tədbirdə Azərbaycan və Türkiyənin insan hüquqları üzrə müvəkkillərinin (ombudsmanların) də iştirakı gözlənilir.
Polise.az



