Ukrayna Krımda Rusiyanın iki gəmi və iki təyyarəsini vurdu

Ukrayna Krımda Rusiya ordusunun patrul gəmilərinə, təyyarələrinə və artilleriya qurğularına hücum edib.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sosial şəbəkələrdə məlumat yayıb.
“Fevralın 21-ə keçən gecə Ukraynanın işğal olunmuş Krım bölgəsindəki İnkerman şəhəri yaxınlığında düşmənin iki ədəd “22460 Oxotnik” sərhəd patrul gəmisi vurulub. Hədəflərə zərbələr endirilib. Zərərin miqyası müəyyənləşdirilir”, – məlumatda deyilir.
Yevpatoriyadakı Yevpatoriya Təyyarə Təmiri Zavodu yaxınlığında iki ədəd “Be-12” təyyarəsi də vurulub.
Zaporojye vilayətinin Astraxanka kəndi yaxınlığında Rusiyanın “Tornado-S” çoxnövlü raket sistemi məhv edilib.
Birinci Əlahiddə Pilotsuz Sistem Qüvvələrinin Mərkəzinin operatorları Rusiyanın uzun mənzilli 300 mm-lik çoxməqsədli raket sistemi olan 9K515 “Tornado-S” reaktiv yaylım atəşi sistemini məhv ediblər.
Rusiya qoşunlarını yanacaqla təmin edən Qvardeyskoye qəsəbəsindəki (Simferopol, Krım) neft anbarı da vurulub.
Polise.az



