Balakənin sabiq başçısının həbs müddəti uzadıldı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətə uzadılıb.

Axar.az xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində qərar qəbul olunub.

Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Balakən Rayon İcra Hakimiyyətində DTX-nin keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev saxlanılıb.

İslam Rzayev AR Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham olunur.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button