Naməlum mənbədən iranlıların telefonlarına mesaj göndərildi: Gözləyin!

Bu gün naməlum mənbədən İran vətəndaşlarının mobil telefonlarına “ABŞ Prezidenti Donald Tramp əməli adamdır, gözləyin!” tipli SMS göndərilib.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Qeyd edilib ki, bundan öncə də bəzi vətəndaşlar oxşar mesajlar aldıqlarını bildirmişdilər.

“Israel Hayom”un yazdığına görə, ABŞ-nin İrana hücum ehtimalı artıb, komandalar hazırda bunun ardınca baş verə biləcək ssenarilər üzərində işləyirlər.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button