AMEA-da GƏRGİN İCLAS, MEHDİYEVLƏ BAĞLI MÜƏMMA – Sabah nə baş verəcək? + AÇIQLAMA (Yenilənib)

Ötən həftənin cümə günü Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai elmlər bölmsəində toplantı keçirilib.
Qurumdan “AzPolitika”ya daxil olan məlumata görə, iclas gözləntilərin əskinə olaraq, olduqca gərgin atmosferdə keçib.
Qeyd olunur ki, İctimai elmlər bölümündə Akademiyanın keçmiş Prezidenti Ramiz Mehdiyevin AMEA-dən qovulması məsələsinin sabah keçiriləcək ümumi yığıncağın gündəliyinə təklif edilib-edilməyəcəyilə bağlı gərginlik yaşanıb. Bu barədə hansı qərarın verilməsi məlum deyil. Bu məsələ qapalı saxlanılıb.
Xəbər verdiyimiz kimi sabah – 25 fevralda AMEA-nın ümumi yığıncağı keçiriləcək. İclasda dövlətə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin qurumdan kənarlaşdırılacağı gözlənilir.
O, 2019-2023-ü illərdə AMEA-ya rəhbərlik edib, qurumun həqiqi üzvüdür.
***
Məsələ ilə bağlı AMEA-nın İctimai Elmlər Bölməsinin rəhbəri, akademik Gövhər Baxşəliyeva Musavat.com-a açıqlama verib.

O bildirib ki, Ramiz Mehdiyevlə bağlı hər hansı qərar və ya müzakirə nəzərdə tutulmayıb: “Bizim Ramiz Mehdiyevlə bağlı məlumatımız yoxdur. Hələ ki heç bir məlumat yoxdur. İctimai elmlər bölməsində də nəzərdə tutulmayıb. Olsaydı, bu günə kimi olardı. Dünən, bu gün olmayıb. Sabah da ümumi yığıncaq olacaq. Hələ ki heç bir şey nəzərdə tutulmayıb. Amma hər günün bir hökmü olur”.
Xatırladaq ki, Ramiz Mehdiyev Azərbaycan Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönəlmiş hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması) maddələri ilə ittiham olunur. Səbail Rayon Məhkəməsinin qərarı ilə Mehdiyev ev dustaqlığında saxlanılır.
Bu cinayət işi ilə bağlı həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim və Azərbaycan Milli Elmlər Akademiyası Katibliyinin keçmiş rəhbəri və Prezident Administrasiyasının keçmiş işçisi Eldar Əmirov həbs olunub.
Rasim
“AzPolitika.info”



