İstirahətsiz iş həyatı məhv edir: Rusiyalı psixoloqdan XƏBƏRDARLIQ

“Çoxları istirahət etmədən işləməyin uğurun açarı olduğuna inanır. Lakin həddindən artıq işləmək orqanizmi sıradan çıxarır”.
Bu fikirləri kp.ru-ya müsahibəsində rusiyalı psixoloq Dmitri Deulin səsləndirib.
“Həddindən artıq yüklənmə insanı o qədər yorur ki, 35-40 yaşına çatdıqda psixofizioloji aşınma başlayır. İnsanlar normal işləmək qabiliyyətlərini itirirlər.
Saxta məhsuldarlığın zərəri çox böyükdür: xroniki yorğunluq, peşəkar tükənmə, stres, psixosomatik pozuntular və çox vaxt alkoqolizmə meyil.
Bundan əlavə, həddindən artıq işgüzarlıq ailə münasibətlərinə də mənfi təsir göstərir: yaxınlarla münaqişələr, anlaşılmazlıqlar, nikahların pozulması və emosional təcrid halları artır”, – deyə psixoloq bildirib.
Mütəxəssis bəzi hallarda işəgötürənlərin də insan sağlamlığına zərər vurduqlarını qeyd edib:
“Bir çox hallarda menecerlər yüksək işgüzarlığı əsas götürərək əməkdaşları həddindən artıq işlətməyə çalışırlar. İşəgötürənlər uzunmüddətli sağlamlıq nəticələrini nəzərə almadan, qısamüddətli mənfəəti üstün tuturlar”. /Oxu.az/
Polise.az



