Rusiya Gümrüdən Cənubi Qafqazı HƏDƏLƏDİ

Fevralın 23-də – işğalçı rus ordusunun yaranma günü ilə bağlı Ermənistanın Gümrü şəhərindəki 102 saylı Rusiya hərbi bazasında bayram tədbiri keçirilib. Hərgah, tədbir daha çox Ermənistana, ümumən, Güney Qafqaza “əzələ nümayişi”nin cəhdi kimi yadda qalıb. Belə ki, hərbçilər əlbəyaxa döyüş bacrıqlarını nümayiş etdirib, zirehli texnikalardan istifadə etməklə döyüş şousu göstəriblər. Bu da hamısı deyıl. Gümrüdəki baş konsul İqor Titov bayram mərasimdə bildirib ki, “bazanın hərbçiləri döyüşçü əcdadlarından erməni xalqı ilə birgə “yoldaşlıq hissi”ni miras alıblar”.

CROSSMEDIA - Rusiya Gümrüdə konsul təyin etdi

Titov həmçinin, hərbi hissənin komandiri, polkovnik Andrey Yudakovu qondarma “Donetsk Xalq Respublikasının qəhrəmanı” adına layiq görülməsi münasibətilə təbrik edib. Bu tədbir və verilən açıqlamalar, həmçinin, hərbi baza komandirinə separatçı “DNR”-in “fəxri adının” verilməsi, sözsüz ki, təkcə Ermənistana deyil, bütövlükdə Cənubi Qafqaz ölkələrinə hədə-mesajdır. Yəni ki, “Rusiya burdadır və heç yerə getməyə hazırlaşmır”…

Moskvanın bu qəbil hədələri nə dərəcədə ciddiyə alınmalıdır?

Professor Qabil Hüseynli Musavat.com-a deyib ki, belə “əzələ nümayişi” Azərbaycanı qorxutmur. Bunun səbəbini Şuşa bəyannaməsi ilə izah edən mütəxəssis hesab edir ki, Rusiya hərbi təhdidlərə son qoymalıdır. Putinin ordusunun Ukraynada rüsvay olduğunu bildirən Q.Hüseynlinin fikrincə, Gümrüdəki şou şimal ölkəsini gülünc vəziyyətə salır:

“Rusiya müharibədə qalib gələ bilmir. Bundan sonra da onun qarşısında ağ bayraq qaldırılmayacaq. Ona görə Medvedev, Volodin kimi Rusiya rəsmiləri isterika içərisində populist bəyanatlar səsləndirirlər. Bu, Rusiyanın verdiyi yanlış qərarın – Ukraynaya hücumun nə qədər səhv olmasının nəticələridir. Odur ki, Rusiya MDB məkanını təzyiq altında saxlamaq istəyir. Kreml bəlkə bu halda hegemonluğunu qoruyub saxlamağı hədəfləyir. Amma bu da alınmır. Artıq Ermənistanın növbəti addımı sərhədlərindən rus hərbçiləri çıxarmaq, sonra Gümrüdəki bazanı ləğv etməkdir. İndi mümkün görünmür, amma proses ona doğru gedir”.

todaypress.tv | Rusiya “Gümrü hərbi bazası”nı niyə gücləndirir?

Professor Azərbaycanın Türkiyə və Pakistanla müttəfiqliyini yada salaraq qeyd edib ki, ölkəmizin beynəlxalq siyasətdə manevr imkanları genişlənir, əlaqələri möhkəmlənir:

“Bu da bizi təhdidlərdən sığortalayır. Dünya əvvəlki deyil və Rusiya Azərbaycana, o cümlədən digər keçmiş sovet ölkələrinə Gümrüdən hədyanlar yağdıra bilməz”.\Emil Salamoğlu Musavat.com \

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button