AMEA-nın Qarabağ elmi bölməsi yaradılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının Qarabağ elmi bölməsi yaradılacaq.
Polise.az Teleqraf – a istinadən xəbər verir ki, bunu AMEA-nın ümumi yığıncağında Akademiyanın Rəyasət Heyətinin qərarını oxuyan akademik Arif Həşimov bildirib.
Qərara əsasən, humanitar və ictimai elmlər sahəsində milli tariximizin, arxiv sənədlərinin, xəritə və toponimlərin elmi əsaslarla araşdırılması, nəticələrin nüfuzlu nəşrlərdə və beynəlxalq platformalarda yayılması, “Qərbi Azərbaycan” və “Qarabağ”, “Şərqi Zəngəzur” mövzuları üzrə sistemli nəşr və təqdimatların hazırlanması davam etdiriləcək.
Eyni zamanda qərarda qeyd olunub ki, İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağında çıxışından irəli gələn milli tarix və Azərbaycan dili, texnoloji inkişaf, süni intellekt, rəqəmsallaşma və kibertəhlükəsizlik, müdafiə sənayesi, geoloji kəşfiyyat, milli tarix və Azərbaycan dili ilə bağlı prioritetlər üzrə AMEA-nın tədbirlər planının icrası və icraya nəzarət təmin ediləcək.
Həmçinin elmin nəticəyönümlü idarə olunması məqsədilə prioritet istiqamətlər üzrə məqsədli elmi proqramların formalaşdırılması, maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi, elmi nəticələrin tətbiqi və kommersiyalaşdırılması üzrə tədbirlər gücləndiriləcək.
Polise.az



