Xalq “Ana harayı” abidəsini ziyarət edir – FOTO

Ermənistan silahlı birləşmələrinin və Rusiyanın 366-cı motoatıcı alayının Azərbaycanın Xocalı şəhərində din əhaliyə qarşı həyata keçirdiyi soyqırımından 34 il il keçir.

Musavat.com xəbər verir ki, Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən azərbaycanlılara qarşı, ümumən insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrdən biridir. Vətəndaşlar, ictimaiyyət nümayəndələri və dövlət məmurları faciəni simvolizə edən “Ana harayı” abidəsini ziyarət edir və kompleks ətrafına gül dəstələri qoyurlar.

Qeyd edək ki, faciə nəticəsində 613 nəfər qətlə yetirildi; o cümlədən 63 uşaq, 106 qadın, 70 yaşlı, 8 ailə tamamilə məhv edilib, 25 uşağın hər iki valideyni, 130 uşağın isə bir valideyni öldürülüb. Həmçinin 487 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb, 150 nəfər isə itkin düşüb .

Şahanə Rəhimli,
Musavat.com

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button