Prokurorluq əməkdaşları Xocalı soyqırımı abidəsini ziyarət etdi – FOTO

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və prokurorluq orqanlarının əməkdaşları Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Ziyarət zamanı abidənin önünə gül dəstələri düzülüb, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.
Polise.az







