NAZİRLƏR KABİNETİ AMEA-DA YATAN ALİMLƏRLƏ BAĞLI ŞOK QƏRAR VERDİ -TƏCİLİ

…AMEA Rəyasər Heyətinin dünənki iclasında yatan alimlərlə bağlı müzakirə və mülahizələr səngimir. Biri deyir-noolsun, yaşlı adamlardır, yatıblar, əcəb ediblər! Digər tərəf isə deyir ki, olmaz, indi alimlərin yatan vaxtı deyil, çünki dünya elm ilə irəli gedir, biz isə…
“Təzadlar”a indicə daxil olan məlumata görə, məsələ bu gün aidiyyəti dövlət qurumlarında geniş müzakirə edilib və belə qərara gəlinib ki, Nazirlər Kabinetində, Milli Məclisdə, eləcə də AMEA-nın özündə və institutlarında ahıl yaşlıları işdən qətiyyən ayırmaq olmaz! Odur ki, Nazirlər Kabineti vəziyyətdən çıxış yolunu taparaq, təcili Qərar verib. Qərara əsasən, Masazırda mütəkkə istehsal edən zavodun inşaasına start verildi. “AMEA, MM və NK indidən həmin zavoda sifariş verib xüsusi yuxu gətirən, adamı dincəldən mütəkkə və yastıqların sayını(kvotasını) təcili surətdə müəyyənləşdirməlidir”, -Qərarda belə deyilir.
Aldığımız son məlumata görə, ilkin mərhələdə AMEA 200, NK 50, MM isə 77 mütəkkə sifariş verib. Xüsusi materialdan hazırlanacaq və süni intellektlə idarə ediləcək bu mütəkkələr xüsusi proqramla təmin ediləcək. Məsələn, yatanı əvvəlcədən proqramlaşdırılan vaxtda oyada biləcək, xorultu səsini həzin musiqi ilə əvəzləyəcək və s.
Polise.az



