Azərbaycanda məhkumların ali məktəblərə qəbul imtahanında iştirakı üçün mexanizm hazırlanır

Yetkinlik yaşına çatmayan və az ağır cinayət törətmiş məhkumların ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakı və həbsdə olan şəxslərin yaxınları ilə videogörüş hüququnun təsbit edilməsi təklif olunur.
Polise.az xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Təkliflər paketində məhkumların islah prosesinin effektivliyini artırmaq üçün onların ixtisas və peşə bacarıqlarına uyğun işlərə cəlb olunması yer alıb. Həmçinin, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanuna dəyişiklik edilərək, həbs edilmiş şəxslərin yaxın qohumları ilə videogörüş keçirmək hüququnun qanunvericiliklə möhkəmləndirilməsi irəli sürülüb.
Polise.az



