İran da hücuma keçdi: İsraildə silsilə partlayışlar baş verdi – YENİLƏNİR

İran Hərbi Hava Qüvvələrinin raket və PUA zərbələrindən sonra İsrailin bir neçə şəhərində partlayışlar baş verib.
Polise.az xəbər verir ki, bu barədə İsrail mənbələri məlumat yayıb.
***
12:49
İsrailə qarşı raket və pilotsuz təyyarə hücumlarının ilk dalğası İrana edilən hücumlara cavab olaraq həyata keçirilib.
Polise.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
***
12:40
İrandan İsrailə yeni raket hücumu olub.
Polise.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
***
12:32
İsrailin mərkəzinə doğru atılan İran raketləri məhv edilib.
Ölkənin mərkəzi yaşayış məntəqələrinin demək olar ki, hamısında təhlükə xəbərdarlığı edilib.
Yerusəlim şəhərində (Qüds) də həyəcan siqnalı verilib.
***
12:28
İran İsrailə qarşı hücum əməliyyatlarını “Xeybərin Fəthi” adlandırıb.
***
12:26
İsrail Dövləti növbəti dəfə hücuma məruz qalıb.
Polise.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri bildirib.
***
12:20
İran KİV İsrailə onlarla ballistik raketlərin atıldığını yazıb.
***
12:16
İran Hərbi Hava Qüvvələrinin İsrailə raket atışlarından sonra ölkənin şimalında partlayış səsləri eşidilib.
***
12:11
İran İsrailə raket zərbələrinə başlayıb.
Polise.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Açıqlamada bildirilib ki, İrandan İsrailə doğru atılan raketlər aşkar edilib.
Hücum elanından sonra İsrailin bəzi bölgələrində hava hücumu xəbərdarlığı verilib, sirenlər səsləndirilib.
Polise.az



