İranda “Epik Qəzəb” əməliyyatı: Təbrizə hücum davam edir, ABŞ “Tomahawk”larla vurdu – YENİLƏNİR

Təbriz şəhərində Səhanad Texnologiya Universitetinin ərazisi ABŞ və İsrailin hücumuna məruz qalıb.

***

16:57

ABŞ Hərbi Hava Qüvvələri İrana hücumlarda “Tomahawk” raketlərindən də istifadə edir.

Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

***

16:28

İranın Zəncan şəhəri zərbələrə məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

***

16:09

ABŞ və İranın davam edən hava hücumları səbəbindən Təbriz şəhərində İranın hava hücumundan müdafiə sistemləri işə salınıb.

Teleqraf xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

****

14:13

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehran yaxınlığında qərgahı partladılıb.

***

14:02

Hazırda İranın Əhvaz, Tehran, Kirmanşah, Şiraz və digər şəhərlərinə hücumlar davam edir.

ISNA da İranın paytaxtı Tehranda yeni partlayışlar barədə məlumat verib.

Məlumata görə, “Bəsic” qüvvələri ölkəyə irimiqyaslı hücum fonunda Tehranda patrul xidməti aparır. Paytaxt küçələrində mülki vətəndaşlarıla toqquşmalar barədə də məlumat var.

***

13:53

İranın qərb hissəsindəki Urmiya şəhərində partlayışlar baş verib.

İsrail ordusu İrandakı hərbi obyektlərin yaxınlığındakı bütün sakinlərə təxliyə xəbərdarlıqları edib.

***

13:36

İran Parlamenti, Ali Milli Təhlükəsizlik Şurası, Kəşfiyyat Nazirliyi və Atom Enerjisi Təşkilatı ABŞ-nin zərbələrinə məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Mənbə ilk hədəfin “Ayətullah kompleksi” olduğunu bildirib.

***

13:24

ABŞ və İsrailin İrana qarşı ilk hücum dalğasının əsas hədəfi İran rəsmiləridir.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumatlı mənbəyə istinadla bildirib.

***

13:20

İran müdafiə naziri Əziz Nəsirzadənin ABŞ və İranın hava hücumu zamanı öldürülməsi barədə məlumat yayılıb.

***

13:05

ABŞ və İsrailin İrana hücuma başlamasından sonra paytaxt Tehranda hava hücumundan müdafiə sistemləri işə salınıb.

Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“Şəhərin mərkəzi və digər hissələrində Tehranın müdafiə qüvvələri ilə düşmən arasında qarşıdurma davam edir”, – mənbə yazıb.

***

12:54

İranın Bəsrə körfəzi sahilindəki Çabahar şəhəri ABŞ və İsrail tərəfindən hücuma məruz qalıb.

***

12:47

İrana hava hücumu zamanı Təbriz şəhərində “Amand” raket bazasının hədəfə alındığını bildirilib.

***

12:41

ABŞ Müdafiə Nazirliyi İrana qarşı hərbi əməliyyatları “Epik Qəzəb” adlandırıb.

***

12:25

Hazırda İranda internet bağlantısı 4 faizə enib. Demək olar ki, ölkədə internet tamamilə kəsilib.

Teleqraf xəbər verir ki, bu barədə “NetBox” məlumat yayıb.

***

12:19

İranın Buşehr liman şəhəri hücuma məruz qalıb.

Hücum zamanı nüvə obyektinin vurulub-vurulmadığı məlum deyil.

***

12:01

İrana hücumda başlıca hədəf ölkənin əsas fiqurlarıdır.

Teleqraf xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

ABŞ Prezidenti Donald Trampa təqdim olunan plana əsasən, hücumlarda əsas hədəflər İranın raket sistemləri, nüvə obyektləri və SEPAH olacaq.

***

11:57

İrana qarşı hərbi əməliyyatlar bir neçə gün davam edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

***

11:43

İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı qeyri-rəsmi kanallar SEPAH-ın sıralarında çoxsaylı ölüm və yaralanma barədə məlumat yayıblar.

***

ABŞ Prezidenti Donald Tramp İrana hücum əməliyyatı ilə bağlı açıqlama verib.

“İranda genişmiqyaslı hərbi əməliyyata başladıq, qəddar İran rejimindən gələn təhdidləri məhv edəcəyik. İran ABŞ-ni təhdid edən raketlər hazırlayır, biz onun raketlərini və raket sənayesini məhv edəcəyik. İran donanmasını məhv edəcəyik, İranın nüvə silahına sahib olmaq imkanlarının qarşısını birdəfəlik alacağıq. Amerika qüvvələri üçün risklərin azaldılması ilə bağlı bütün addımları atmışıq, amma itkilərimiz də ola bilər”, – o qeyd edib.

***

11:30

İrana hücum zamanı Təbriz şəhəri də hava zərbələrinə məruz qalıb.

Partlayışlar İranın qərbindəki Lorestan əyalətində də eşidilib.

***

11:27

İran Milli Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi hücumdan sonra İsrailə mesaj göndərərək xəbərdarlıq edib: “Siz artıq sonu sizin əlinizdə olmayan yola başladınız”.

İranın təhlükəsizlik mənbəsi “Reuters”ə deyib: “Hücumlara cavab verməyə hazırlaşırıq, cavab çox güclü olacaq”.

***

11:21

İranın paytaxtı Tehrana hücum zamanı vurulan hədəflər: Kəşfiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Ali rəhbəri Əli Xameneinin ofisi və Atom Enerjisi Təşkilatı.

***

11:19

ABŞ ordusu Yaxın Şərqdə yerləşən hərbi bazalardan qırıcı təyyarələr və təyyarədaşıyan gəmilərdən İrana hava hücumu həyata keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

“Reuters” də bildirib ki, ABŞ İrana hava və dənizdən zərbələr endirir.

***

11:08
İsrail ordusunun İrana qarşı başladığı hərbi əməliyyat “Yəhudanın Qalxanı” adlanır.

***

11:06

“Əl-Cəzirə” təhlükəsizlik mənbələrinə istinadla bildirib, ABŞ və İran İsrailə birgə hücum edib.

Mənbə hərbi əməliyyatların genişmiqyaslı olacağını qeyd edib.

***

11:01

İsrail Hərbi Hava Qüvvələri İranın Qum, Kərəc, İsfahan və Kirmanşah şəhərlərinə də zərbələr endirib.

***

10:59

İsrailin hücumundan sonra İranın hava məkanı bağlanıb.

10:55

İranda Mehrabad hava limanı, Prezident sarayı, ölkənin Ali rəhbəri Əli Xameneinin qərargahı və Tehrandakı hökumət kompleksinə hücumlar barədə məlumat yayılıb.

***

10:53

İrana hava hücumu zamanı paytaxt Tehranda onlarla rejim hədəfinə zərbə endirilib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

KİV həmçinin ikinci hücum dalğası barədə məlumat verib.

***

10:49

İsrailin kəşfiyyat xidməti Tehrana hücumdan sonra İran vətəndaşlarına müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

“Biz sizinləyik, İranı birlikdə şanlı günlərinə geri qaytaracağıq”, – MOSAD bildirib.

Həmçinin hücumdan sonra İsrailin hava məkanı rəsmi olaraq bağlanıb.

***

10:46

İsrail Hərbi Hava Qüvvələri Tehranda İran kəşfiyyatının binasına zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

***

10:43

Tehran şəhərində baş verənlər ABŞ və İsrailin İrana birgə hücumunun nəticəsidir.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV bildirib.

Hücum zamanı İranın paytaxtının şərqindəki bir sıra hədəflərə hava zərbələrinin endirildiyi bildirilib.

***
10:25

İranın paytaxtı Tehranda iki partlayış səsi eşidilib.

Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Partlayışlardan sonra şəhərin üzərində qatı tüstü müşahidə olunub.

İsrail müdafiə naziri İsrael Kats İsrailin İrana qarşı qabaqlayıcı hücuma keçdiyini bildirib. Nazir bütün ölkədə təcili fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.

“İsrail Dövləti ölkəmizə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qarşı qabaqlayıcı hücuma başlayıb”, – o qeyd edib.

İsrail Müdafiə Qüvvələrinin Daxili Cəbhə Komandanlığı mülki şəxsləri lazımi hallarda sığınacaqlara getməyə çağırarkən, ölkə ərazisində siren səsləri eşidilir.

İsrail Müdafiə Qüvvələri qeyd edir ki, proaktiv xəbərdarlıq ictimaiyyəti ölkəyə raket zərbələri ehtimalına hazırlamaq üçündür. Ordu bildirir ki, hazırda sığınacaqlara girməyə ehtiyac yoxdur.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button