İranın hücum etdiyi ölkələrin sayı artdı – VİDEO – YENİLƏNDİ

Qətərin paytaxtı Doha ətrafında yenidən partlayışlar baş verib.

Teleqraf xəbər verir ki, buna Qətər hava hücumundan müdafiə sistemlərinin fəaliyyətinin səbəb olduğu bildirilir.

Söhbət İranın növbəti mümkün hava hücumunun qarşısının alınmasından gedir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, İranın İsrailə və ABŞ-nin Yaxın Şərq ölkələrindəki hərbi bazalarına hücumları aramsız davam edəcək.

***

17:09

İran Küveytdəki ABŞ hərbi bazasına daha bir hücum təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə “Al-Hadath” məlumat yayıb.

ABŞ-nin ölkədəki Əl-Salim aviabazası İrandan ballistik raketlərlə vurulub.

***

16:38

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qətərdə ABŞ-nin FPS-132 raket hücumu barədə erkən xəbərdarlıq radar sisteminin məhv edildiyini açıqlayıb.

***

14:21

İran ABŞ-nin İraqdakı hərbi bazasına zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

“Reuters” isə İraqın şimalındakı ABŞ bazasına hücumun İranın bu ölkədəki proksi qüvvələri tərəfindən həyata keçirildiyini bildirib.

***

14:04

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə İrandan atılan bir neçə raketin zərərsizləşdirilməsi nəticəsində ən azı bir nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin dövlət xəbər agentliyi məlumat yayıb.

Həmçinin ABŞ rəsmisinin “Fox”a verdiyi məlumata görə, İranın körfəz ölkələrindəki Amerika hərbi bazalarına hücumlarında itki qeydə alınmayıb.

***

13:49

İranın hava hücumu ilə əlaqədar Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və BƏƏ-nin Dubay şəhərində partlatışlar barədə məlumat yayılıb.

***

13:46

İranın “Fars” agentliyinin məlumatına görə, Qətərdəki Əl-Udeyd hava bazası, Küveytdəki Əl-Salim hava bazası, BƏƏ-dəki Əl-Dəfra hava bazası və Bəhreyndəki 5-ci ABŞ bazası İranınraket hücumlarına məruz qalıb.

Yaxın Şərqdə son inkişafların xülasəsi:

İran ABŞ-nin Qətər, Bəhreyn, Küveyt, İordaniya və Birləşmiş Ərəb Əmirliklərindəki qüvvələrini hədəfə alıb.

Bəhreyn ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahının raket hücumuna məruz qaldığını təsdiqləyib.

Qətər Müdafiə Nazirliyi İran raketinin “Patriot” müdafiə sistemi tərəfindən vurulduğunu bildirib.

“Reuters”in verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə güclü partlayış baş verib.

Qətər, Küveyt və BƏƏ hava məkanlarını bağlayıb.

İran İnqilab Keşikçiləri Korpusu ABŞ-İsrail hücumlarından sonra İsrailə raket və dronlar atdığını bəyan edib.

***

13:26

İran ABŞ-nin Yaxın Şərqdəki bütün hərbi bazalarına hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

İran ABŞ hərbi bazalarının yerləşdiyi İordaniyaya da zərbələr endirib.

***

13:07

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasına zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

İranın Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə, həmçinin ABŞ hərbi bazasının yerləşdiyi Qətər və Küveytə də hava zərbələri endirdiyi bildirilib.

Qətər hava məkanı üzərində iki İran raketini zərərsizləşdirib.

Hücumlardan sonra Qətər, Bəhreyn, BƏƏ, Qətər və Küveytdə partlayış səsləri eşidilib.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button