Xameneinin ölümündən sonra İrana rəhbərlik edəcək şəxslərin kimliyi açıqlandı

İran Prezidenti Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn, həmçinin Konstitusiyanın Keşikçiləri Şurasının adı açıqlanmayan üzvü keçid dövründə ölkənin idarəçiliyini öz üzərinə götürəcəklər.

Bunu İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Məhəmməd Möhbər bəyan edib.

Bununla belə, Möhbər dövrün məhz nə qədər davam edəcəyini və qeyd olunan şəxslərin hansı konkret səlahiyyətlərə malik olacağını dəqiqləşdirməyib.

Xatırladaq ki, ABŞ və İsailin İrana hücumları nəticəsində İranın Dövlət Xəbər Agentliyi Əli Xameneinin öldürüldüyünü təsdiqləyib. /Report\

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button