KİV: ABŞ kəşfiyyatı Xameneini aylarla addım-addım izləyib

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) İranın ali dini lideri Ayətullah Əli Xameneini uzun müddət yaxından izləyərək, onun dəqiq yerini və hərəkət marşrutlarını müəyyən edib.

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, bu barədə “The New York Times” nəşri kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, CIA aylarla davam edən izləmələr nəticəsində Xameneinin və İranın ali rəhbərliyinin şənbə günü səhər saatlarında bir araya gələcəyi barədə dəqiq məlumat əldə edib. Bu məxfi məlumat dərhal İsrail tərəfi ilə paylaşılıb və nəticədə İrana qarşı hərbi əməliyyatın başlama vaxtının dəyişdirilməsinə qərar verilib.

Bildirilir ki, ilkin plana əsasən, Vaşinqton və Qüds (Yerusəlim) hücumu gecə saatlarında həyata keçirməyi nəzərdə tuturdu. Lakin əldə olunan yeni kəşfiyyat məlumatları rəhbərliyin toplantı vaxtını göstərdiyi üçün, əməliyyatın “açılış zərbəsi” məhz həmin görüşün baş tutduğu şənbə sabahına təyin edilib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button