Səfir: İran Hörmüz boğazını bağlamayıb, amma bu istiqamətdə qəti addım ata bilər

“İran öz mənafelərini qorumaq üçün Hörmüz boğazını bağlaya bilər”.

Polise.az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.

Səfir dünya enerji təhlükəsizliyində mühüm rol oynayan Hörmüz boğazı ətrafındakı vəziyyətə toxunaraq bildirib ki, hazırda boğaz bağlanmayıb, lakin İran hadisələrin gedişatından asılı olaraq qəti addımlar ata bilər:

“Hörmüz boğazı əsasən İran tərəfindən idarə olunur. Əgər İran öz milli mənafelərinin qorunması üçün bu boğazın bağlanmasını zəruri hesab edərsə, bu istiqamətdə müvafiq tədbirlər görəcək. Biz ekoloji təhlükəsizlik və beynəlxalq qaydalar çərçivəsində məsuliyyətimizi dərk edirik, lakin təhdid yaranarsa adekvat cavab veriləcək”.

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button