İrana hücum davam edir: Tehranda partlayış baş verdi, Kirmanda SEPAH-ın sursat anbarı məhv edildi – YENİLƏNİR

İranın Kərəc və Tehran şəhərləri üzərində ABŞ və ya İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin uçduğu bildirilir.
Həmçinin, Tehranın Əfsariyyə rayonunda partlayışların baş verdiyi haqda məlumat var.
***
12:02
İran KİV Hörmüzqan əyalətinin Bastak şəhərinin hava hücumuna məruz qaldığını bildirib.
Xuzistan əyalətinin Mahşəhr limanına hava hücumu edildiyi barədə də məlumat var.
Həmçinin Ərdəkan və Yəzddə altı, Yəzd-Mehriz yolunda isə bir nöqtə ABŞ vı İsrailin hava hücumları nəticəsində hədəfə alınıb.
SEPAH-ın Kirmandakı sursat anbarı da məhv edilib.
***
11:47
İsrail Hərbi Hava Qüvvələri İranda hərbi hədəflərə zərbələr endirib.
***
10:25
ABŞ-nin “USS McFaul” (DDG-74) esminesindən İrana 9 ədəd BGM-109 “Tomahawk” qanadlı raketi atılıb.
***
10:03
“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, İranın qərb və şimal bölgələri İsrail və ABŞ-nin hücumlarına məruz qalır.
***
09:14
ABŞ və İsrail İranın paytaxtı Tehranın şərq, qərb və cənub rayonlarına yeni zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Ölkənin qərbindəki Sənəndəc şəhəri də bombardman edilib.



