İrana hücum: SEPAH-ın kəşfiyyat qərargahı məhv edildi, sakinləri Tehranı tərk edirlər – YENİLƏNİR

ABŞ və İsrailin zərbələrinə baxmayaraq, İran paytaxtında vəziyyət sakitdir, ərzaq təchizatında fasilə yoxdur.
Polise.az xəbər verir ki, bu barədə TASS-a Tehrandakı mənbə bildirib.
“Zərbələrə baxmayaraq vəziyyət sakitdir. Şəhər boşalıb, bir çox sakinlər gedib. Mağazalarında ərzaq var”, – Rusiya agentliyinin həmsöhbəti qeyd edib.
***
13:24
“Hana” İnsan Haqları Təşkilatının yaydığı məlumata görə, SEPAH-ın Sənəndəcdə yerləşən təhlükəsizlik-kəşfiyyat qərargahı ABŞ və İsrailin həyata keçirdiyi güclü bombardman nəticəsində məhv edilib.
***
13:14
İranın paytaxtı Tehrana hava zərbələri zamanı Vəliəsr kazarmasında şiddətli partlayış baş verib.
***
13:11
İrana qarşı hərbi əməliyyatın başlamasından bəri ABŞ və İsrail Silahlı Qüvvələri 2000-dən çox hədəfə zərbə endirib.
Polise.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla məlumat yayıb.
Təkcə İsrail Hərbi Hava Qüvvələri fevralın 28-dən bəri İrana doğru 700-dən çox hərbi uçuş həyata keçirib.
***
12:52
İranın nüvə obyektinin yerləşdiyi Buşehr şəhəri bombardman edilib.
Ölkənin şimal-qərbindəki Sənəndəc şəhərində isə polis qərargahı dağıdılıb.
***
12:28
İranın Bəndər Abbas şəhəri hava hücumuna məruz qalıb.
Hücumdan sonra şəhərdə partlayışlar baş verib.
***
12:08
İranın Kərəc və Tehran şəhərləri üzərində ABŞ və ya İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin uçduğu bildirilir.
Həmçinin, Tehranın Əfsariyyə rayonunda partlayışların baş verdiyi haqda məlumat var.
***
12:02
İran KİV Hörmüzqan əyalətinin Bastak şəhərinin hava hücumuna məruz qaldığını bildirib.
Xuzistan əyalətinin Mahşəhr limanına hava hücumu edildiyi barədə də məlumat var.
Həmçinin Ərdəkan və Yəzddə altı, Yəzd-Mehriz yolunda isə bir nöqtə ABŞ vı İsrailin hava hücumları nəticəsində hədəfə alınıb.
SEPAH-ın Kirmandakı sursat anbarı da məhv edilib.
***
11:47
İsrail Hərbi Hava Qüvvələri İranda hərbi hədəflərə zərbələr endirib.
***
10:25
ABŞ-nin “USS McFaul” (DDG-74) esminesindən İrana 9 ədəd BGM-109 “Tomahawk” qanadlı raketi atılıb.
***
10:03
“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, İranın qərb və şimal bölgələri İsrail və ABŞ-nin hücumlarına məruz qalır.
***
09:14
ABŞ və İsrail İranın paytaxtı Tehranın şərq, qərb və cənub rayonlarına yeni zərbələr endirib.
Polise.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Ölkənin qərbindəki Sənəndəc şəhəri də bombardman edilib.
Polise.az



