Pezeşkian dövlət qurumlarına xüsusi tapşırıq verdi

İran Prezidenti Məsud Pezeşkian ölkədəki bütün dövlət strukturlarına müharibə başa çatana qədər xalqa göstərilən xidmətlərin fasiləsiz və əlaqəli şəkildə davam etdirilməsi barədə xüsusi tapşırıq verib.

Polise.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

Məsud Pezeşkian bütün nazirlərə, təşkilat rəhbərlərinə və icraedici orqanların rəsmilərinə müraciət edərək, fövqəladə iş rejiminə keçilməsini tələb edib. O bildirib ki, dövlət qurumları tam səlahiyyətlə və xüsusi planlaşdırma əsasında ictimai xidmətlərin dayandırılmaması üçün koordinasiyalı fəaliyyət göstərməlidir.

“Hökumət xalqın yanındadır” deyən M.Pezeşkian, bu çətin dövrdə vətəndaşların ehtiyaclarının qarşılanmasının və dövlət idarəçiliyinin dayanıqlılığının təmin olunmasının mütləq prioritet olduğunu vurğulayıb.

Prezident qeyd edib ki, bu rejim müharibə vəziyyəti tam başa çatana qədər qüvvədə qalacaq.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button