Milli Məclisdə Mediasiya Şurasına boşanmalar haqda səlahiyyət verilməsi təklif olunub

Milli Məclisdə Mediasiya Şurasına boşanmalar haqda səlahiyyət verilməsi təklif olunub.

Polise.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Şura boşanmaq istəyən kişi və qadınların niyyəti ilə bağlı rəy verməlidir: “Mediasiyanın verdiyi rəy alimentin təyinatı zamanı nəzərə alına bilər. Çünki Azərbaycanda boşanmaların vəziyyəti acınacaqlıdır. Rəqəmlərə əsasən, demək olar ki, ölkədə evlənən 100 cütlükdən təxmini 56-sı 1 il keçmədən boşanır. Boşanmaların əksəriyyətində evin kişi mənsubu ittiham olunur. Bəzi hallarda boşanmanın aliment niyyəti ilə edildiyi irəli sürülür. Mediasiya tərəflərin boşanmaqda niyyəti haqda rəy verərsə, alimentin təyinatı zamanı bunun nəzərə alınması boşanmaların sayına da təsir edə bilər”.

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button