Azərbaycanda elektron siqaret çəkən şəxslər cərimələnəcək – Məbləğ

Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr müəyyənləşdiriləcək.

Polise.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə ediləcək.

Məsələ müzakirələrdən sonra təsdiq edilib.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button