İsrail Əli Xamneyini belə izləyib – İlginc detallar

İranın ali dini rəhbəri ayətullah Əli Xameneinin öldürülməsi ilə nəticələnən əməliyyat barədə yeni məlumat yayılıb.
Polise.az Musavat.com -a istinadən xəbər verir ki, Britaniyanın nüfuzlu nəşri “Financial Times” yazır ki, İsrail xüsusi xidmət orqanları Tehrandakı yol hərəkəti kameralarını təhlükəsizlik siatemini illər əvvəl sındıraraq görüntüləri şifrələnmiş formada Təl-Əviv və İsrailin cənubundakı serverlərə ötürüb.
Nəşrə danışan mənbələrin sözlərinə görə, bu əməliyyat təsadüfi kiberhücum deyil, uzunmüddətli və sistemli kəşfiyyat strategiyasının tərkib hissəsi olub.
Məlumata əsasən, müşahidə əsasən Əli Xamneyinin iqamətgahının yerləşdiyi ərazidə intensiv aparılıb.
Xüsusilə bir kameranın “görmə” bucağı “uğurlu” hesab edilib. Çünki həmin rakurs mühafizəçilərin şəxsi avtomobillərini harada park etdiyini aydın göstərib. Bu isə İsrail kəşfiyyatına obyektin daxili rejimi, təhlükəsizlik strukturu və gündəlik ritmi barədə illərlə məlumat toplamaq imkanı verib.
Mənbələrin iddiasına görə, əldə edilən görüntülər telefon şəbəkələrinin analizi ilə birləşdirilib. Nəticədə İran təhlükəsizlik xidmətinin əməkdaşları barədə geniş məlumat bazası yaradılıb. Mühafizəçilərin ev ünvanları, növbə saatları, işə gəliş-gediş marşrutları, kimləri qoruduqları və kimləri müşayiət etdikləri müəyyən olunub.
Beləliklə, İsrail tərəfi təkcə ali liderin deyil, onun ətrafındakı canlı təhlükəsizlik halqasının da xəritəsini çıxarıb.
Nəşr yazır ki, məhz bu uzunmüddətli izləmə nəticəsində kəşfiyyat konkret bir şənbə səhəri Əli Xameneinin ofisində olacağını yüksək dəqiqliklə müəyyən edib. Onun digər yüksək vəzifəli şəxslərlə birlikdə eyni məkanda olacağı barədə informasiya mümkün hədəfləmə planının əsasını təşkil edib.
Lakin nəşr əməliyyatın gerçəkdə həyata keçirilib-keçirilmədiyini və ya son anda dayandırılıb-dayandırılmadığını dəqiqləşdirmir.
Bu iddialar təsdiqlənərsə, söhbət sadəcə kiberkəşfiyyatdan yox, dövlət başçısının illərlə real vaxt rejimində izlənməsindən gedir. Bu isə beynəlxalq hüquq, dövlət suverenliyi və təhlükəsizlik balansı baxımından son dərəcə ciddi presedent ola bilər.
İsrail və İran arasında illərdir davam edən kəskin qarşıdurma artıq fiziki sərhədləri aşaraq rəqəmsal məkanın dərinliklərinə enib. Yol kameraları belə qlobal kəşfiyyat şəbəkəsinin bir hissəsinə çevrilib.\E.Məmmədəliyev,\
Polise.az



