İsrael Kats: İranın yeni lideri də məhv ediləcək

İsrail müdafiə naziri İsrael Kats İranın keçmiş ali rəhbəri Əli Xameneinin ölümündən sonra ölkənin növbəti lideri olacaq hər kəsi öldürməklə hədələyib.
Polie.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə o, X-də yazıb.
“İranın terrorçu rejimi tərəfindən İsraili məhv etmək, ABŞ, azad dünya və regional ölkələri təhdid etmək və İran xalqının səsini boğmaq planını davam etdirmək üçün təyin edilən istənilən lider qeyd-şərtsiz məhv edilməli hədəf olacaq”, – Kats bildirib.
Polise.az



