Azərbaycandan 117 Rusiya vətəndaşı Moskvaya təxliyə edilib – YENİLƏNİB – FOTO – VİDEO

Rusiyanın Fövqəladə Hallar Nazirliyinə məxsus “İl-76” təyyarəsi Azərbaycandan 117 Rusiya vətəndaşını Moskvaya aparmaq üçün yola düşüb.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sərnişinlər İran ərazisini quru sərhəd-keçid məntəqələri vasitəsilə tərk edərək Azərbaycana gəliblər. Xüsusi reys Lənkəran Beynəlxalq Hava Limanından havaya qalxıb.

Nazirliyin məlumatına görə, Moskvaya aparılan 117 nəfər arasında 54 uşaq da var.

***

ASTARA, 3 mart. TELEQRAF

23:20

Astara sərhədindən təxliyə olunan rusiyalılar Lənkəran hava limanında
Astara dövlət sərhədindən təxliyə olunan 126 nəfər Rusiya vətəndaşı hazırda Lənkəran Beynəlxalq Hava Limanındadır
.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, onlar müvafiq prosedur qaydalarından keçdikdən sonra Rusiyadan gəlmiş İl-76 təyyarəsi ilə Rusiya istiqamətinə yola salınacaqlar.

***

21:10

Hazırda Astara dövlət sərhəd buraxılış məntəqəsindən yüzdən çox Rusiya vətəndaşı təxliyə olunur.

Telqraf-ın cənub bürosu xəbər verir ki, təxliyə olunanlar arasında azyaşlılar da var və onların Azərbaycan ərazisindən təhlükəsiz keçidi təmin edilir.

Bundan əlavə, həmin vətəndaşların Rusiyaya çatdırılması üçün Moskvadan Lənkəran Beynəlxalq Hava Limanına xüsusi təyyarə göndərilib. Sərhədi keçdikdən sonra təxliyə olunan şəxslər xüsusi avtobuslarla Lənkərana aparılacaq, oradan isə təyyarə ilə Rusiyaya yola salınacaqlar.

***
18:40

Astara dövlət sərhədindən buraxılış məntəqəsində növbəti təxliyə prosesi həyata keçirilib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, bu dəfə sərhədi keçənlər arasında Qırğızıstan vətəndaşı olan pilot və müxtəlif ölkələrin vətəndaşları olan stüardessalar var.

Altı nəfərdən ibarət heyət təhlükəsizlik prosedurlarından keçərək Azərbaycan ərazisinə daxil olub.

Məlumata görə, heyət üzvlərindən bəzilərində viza ilə bağlı müəyyən çətinliklər yaranıb. Lakin məsələ operativ şəkildə həll edilib və onlar yerindəcə elektron viza rəsmiləşdirərək sərhədi keçiblər.

Hazırda Astara keçid məntəqəsində təxliyə prosesi fasiləsiz şəkildə davam etdirilir.

***
13:04

Astara Dövlət Sərhədindən Keçid Məntəqəsində təxliyə prosesi davam edir.

Teleqraf xəbər verir ki, bu gün ümumilikdə 83 nəfər Azərbaycan ərazisinə təxliyə olunub.

Təxliyə edilənlərdən 74 nəfəri Çin Xalq Respublikasının vətəndaşlarıdır. Digər şəxslər isə müxtəlif ölkələrin vətəndaşlarıdır.

Təxliyə olunan şəxslər xüsusi prosedur qaydalarına uyğun olaraq sərhəddə qeydiyyatdan keçirilərək təhlükəsiz şəkildə əraziyə buraxılıb. Proses gücləndirilmiş rejimdə və fasiləsiz şəkildə davam etdirilir.

****

10:47

Astara sərhəd-keçid məntəqəsində təxliyə prosesi davam edir.

Teleqrafın Cənub bürosu xəbər verir ki, Slovakiya səfirliyinin əməkdaşları iki avtomobillə Azərbaycan ərazisinə daxil olublar.

Diplomatlar ilkin yoxlamalardan sonra təhlükəsiz şəkildə yola salınıblar.

Ötən gün axşam saatlarında isə Serbiya səfiri də Azərbaycan ərazisindən təxliyə olunmuşdu.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button