“Azərbaycan XÜSUSİ sığınacaqlar tikib, HÜCUMA hazırlaşır” – Tatoyandan SƏRSƏM iddia

“Ermənistan sərhədindən bir neçə metr aralıda Azərbaycan xüsusi sığınacaqlar tikib”. Musavat.com bildirir ki, bunu martın 4-də keçirilən mətbuat konfransında “Birlik Qanadları” siyasi təşəbbüsünün rəhbəri, keçmiş ombudsman Arman Tatoyan bildirib. O, qeyd edib ki, bu ərazilər 31 iyul 2025-ci ilə qədər guya mövcud deyildi. Tatoyan bildirib ki, bu, Geqarkunik istiqamətindəki sərhədlərə aiddir. “19 avqusta qədər onlar çox böyük istehkam işləri aparmışdılar. Onlara kapanyar, yəni hərbi maşınlar və tanklar üçün istifadə edilə bilən xüsusi sığınacaqlar deyilir”, – deyə o bildirib.

Arman Tatoyan: “Hakimiyyət əsir və itkin düşmüş vətəndaşlara qarşı çox laqeyddir” | KONKRET

Tatoyan xəritədə hissələri göstərərək deyib. “Bu, onların yoludur və yolun yaxınlığında bu sığınacaqlar var. Güman edilir ki, bu hissədən nəqliyyat vasitələri üçün istifadə etmək olar. Onların gördüyü bu hazırlıqların hücum məqsədləri üçün də istifadə edilə biləcəyi göz qabağındadır. Onlar kəndlərimizi birbaşa nəzarət altında saxlayırlar”,- deyə keçmiş ombudsman cəfəngiyat danışıb. Cermuk istiqamətində baş verənlərə toxunan Tatoyan söyləyib ki, bu irəliləyişlər, mühəndislik işləri təkcə Vardenis və Geqarkunik bölgəsində deyil, həm də Vayots-Dzorda, xüsusən də Cermuk ərazisində aparılır: “Burada minaatan tağımları üçün nəzərdə tutulmuş mövqeləri, döyüş növbətçiliyi üzrə konkret mövqeləri göstərəcəyik, onlar minaatanlardan, qumbaraatanlardan və digər iri çaplı silahlardan istifadə edə biləcəkləri sektorları təkmilləşdiriblər. Bu, yenə də peyk şəkilləri ilə Cermukdur və avqust ayına qədər yenidən baş verən yeni irəliləyişlərin, nəzarətin genişlənməsinin və Ermənistan Respublikasının ərazisinə müdaxilənin olduğunu görürük. Bunlar Cermukun yaxınlığında xüsusi məqsədlə tikilib. Onlar avqustun 4-də çox tez və tələsik şəkildə tikilib”.

Qeyd edək ki, revanşistlərin cəbhəsinə keçən Tatoyan tez-tez ictimaiyyətdə çaşqınlıq yaratmaq üçün Azərbaycanın hərbi eskalasiyaya hazırlaşdığı haqda dezinformasiya yayır. O, 44 günlük müharibədən Azərbaycan ictimaiyyətinə tanışdır. Azərbaycanla Ermənistan hazırda sülh gündəmini inkişaf etdirir. Şərti sərhəddə hərbi eskalasiya üçün heç bir səbəb müşahidə olunmur. Bakı Ermənistana neft məhsulları göndərir, Rusiya və Qazaxıstan taxılı Azərbaycandan tranzit olaraq keçib bu ölkəyə daşınır, liderlər müxtəlif platformalarda görüşlər keçirir, yəni Tatoyanın dedikləri Cənubi Qafqazdakı reallıqlardan çox uzaqdır.

Emil Salamoğlu
Musavat.com

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button