ABŞ İranın hərbi gəmisini batırdı: 80 nəfərin meyiti tapıldı – YENİLƏNDİ

Şri-Lanka sahillərində ABŞ-nin sualtı qayığı tərəfindən batırılan İran hərbi gəmisinin heyət üzvlərindən 80-nin meyiti aşkar edilib.

Polise.az xəbər verir ki, bu barədə ada dövlətinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, söhbət İran Hərbi Dəniz Qüvvələrinə məxsus “IRIS Dena” freqatından gedir. Şri-Lanka xilasediciləri hadisə yerindən artıq 80 nəfərin cəsədini çıxarıblar.

Pentaqon isə sözügedən gəmiyə endirilən torpeda hücumunun görüntülərini rəsmən yayımlayıb.

***

14:16

İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Dena” freqatı Şri-Lanka sahillərində qəzaya uğrayıb.

Polise.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, hadisə zamanı göyərtədə olan 180 ekipaj üzvündən 100-dən çoxunun taleyi barədə məlumat yoxdur.

Hadisə nəticəsində 78 ekipaj üzvü yaralanıb. Onlardan 30 nəfərinin artıq xəstəxanaya yerləşdirildiyi bildirilir.

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button