İranda vəziyyət: Kürdlər müharibə məşqlərinə başladılar – YENİLƏNİR

“Kürdüstan Azadlıq Partiyası”nın (KAP) yaraqlıları Ərbil şəhəri ətrafında hərbi təlimə başlayıblar.

Polise.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Mənbələr kürd silahlılarının İranla müharibəyə hazırlaşdıqlarını bildirirlər.

***

16:42

Mazandaran əyalətinin Nouşəhr şəhərində partlayış baş verib. Şəhər rəhbərliyi “Taknax” fabrikində yanğın olduğunu bildirib.

Kirmanşah əyalətinin Sanqar şəhərində qarnizon və hərbi bazaya hava zərbələri endirilib.

***

15:48

Yerli vaxtla günorta saatlarından sonra Təbriz şəhərinə bir neçə dəfə hücum edilib.

Sircan şəhərində bir neçə partlayış səsi eşidilib.

***

14:21

SEPAH-ın Təbriz şəhərində yerləşən “Aşura” qərargahı ABŞ və İsrailin hava hücumu zamanı darmadağın edilib.

***

13:54

İsrail ordusu Tehranda yeraltı ballistik raket anbarını darmadağın edib.

Təbrizə hücum və partlayışlar barədə məlumat yayılıb

Xürrəmabadda Baş Polis İdarəsi və hərbi kazarmaya hava zərbələri endirilib.

Tehranda 12 min nəfərlik “Azadi” futbol stadionu hava hücumu zamanı dağıdılıb. Həmçinin, paytaxtın Hüseynabad rayonunda SEPAH-ın İnformasiya Texnologiyaları Mərkəzi, Cantabadda isə 138 saylı polis bölməsi bombardman edilib.

Kərəcdə Polis Qüvvələrinin Qərargahı hədəfə alınıb.

***

12:37

Sənəndəcdə SEPAH-ın “İmam Əli” kazarması partladılıb.

Məlumata görə, İsrail və ABŞ-nin hücumları nəticəsində İran ordusunun 3 min hərbçisi məhv edilib.

Tehrana hücumlar nəticəsində şəhərin müxtəlif yerlərində bir neçə polis bölməsi dağıdılıb.

***

12:14

İranın Qırmızı Aypara Təşkilatının məlumatına görə, ABŞ və İsrailin hücumları nəticəsində Qərbi Azərbaycan əyalətində ən azı 49 nəfər həlak olub.

***

11:48

Xürrəmabad və Kirmanşahda partlayışlar barədə məlumatlar yayılıb

Tehranda ABŞ və ya İsrail qırıcıları aşağı hündürlükdə uçuşlar həyata keçirirlər.

Yerli KİV Tehranın mərkəzində bir neçə partlayışın baş verdiyini bildirib.

Həmədanda altı istiqamətdə hava hücumu həyata keçirilib.

İlam əyalətində isə polis bölməsinə hücum edilib.

***

11:31

Rusiyanın “Russia Today” telekanalının fəaliyyət göstərdiyi Tehranın Brucerdi yaşayış kompleksi bombalanıb.

***

11:27

İranın Qırmızı Aypara Təşkilatı indiyədək ölkənin 174 şəhərində 1300-dən çox hücumun baş verdiyini açıqlayıb.

***

11:09

İran ABŞ və İsrailin köməyi ilə qərb sərhədindən ərazisinə sızmağa çalışan terrorçu qruplara qarşı qabaqlayıcı zərbə endirib.

Polise.az xəbər verir ki, bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.

“Terrorçu-separatçı qruplar ABŞ və İsrailin dəstəyi ilə ölkənin qərb sərhədlərinə sızmaq, şəhər və sərhəd ərazilərində terror aktları törətmək üçün hərbi vəziyyətdən sui-istifadə etməyi planlaşdırırdılar. Amma Kəşfiyyat Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusunun birgə profilaktik əməliyyatı nəticəsində bu qrupların əhəmiyyətli hissəsi məhv edilib”, – açıqlamada bildirilib.

***

11:00

İsrailin İrana davam edən hava hücumu fonunda Bəndər Abbasda dəniz limanı, Tehran və Sənəndəc şəhərində partlayışlar baş verib.

Məlumata görə, Lorestan əyalətinin mərkəzi Xürrəmabadda da partlayış səsləri eşidilib.

***

10:36

İranın hava hücumundan müdafiə qüvvələri Həmədan əyaləti üzərində İsrail pilotsuz təyyarəsini vurub

***

10:25

Yəzd şəhərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl-Qədir” briqadası, “Sərallah” bölməsi və bir hərbi baza raket zərbələrinə məruz qalıb.

Bəndər Abbas şəhərinin Bəhonər limanı yaxınlığında partlayış baş verib.

 

***

10:18

Paytaxt Tehranla yanaşı, Kərəc şəhərində də şiddətli parlayışlar barədə məlumat yayılıb.

***

10:12

İsrail Müdafiə Qüvvələri İranın paytaxtı Tehrana qarşı yeni hücum dalğasının başlandığını açıqlayıb.

Polise.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“İsrail Müdafiə Qüvvələri Tehrana qarşı yeni zərbə dalğasına başlayıb. Ordu İranın paytaxtının müxtəlif rayonlarındakı infrastruktur obyektlərinə genişmiqyaslı hücumların başlandığını bəyan edir”, – məlumatda qeyd edilib.

 

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button