İranın Naxçıvana dron hücumu qəbuledilməzdir-Fransa səfiri

İranın bu gün günorta saatlarında Naxçıvana qarşı həyata keçirdiyi dron hücumları Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı qəbuledilməz bir addımdır.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Sofi Laqut sosial media hesabında paylaşım edib.

Səfir bildirib ki, baş verən hadisə regional sabitliyi pozan bir hərəkətdir və beynəlxalq hüququn pozulmasıdır.

“İranın bu gün günorta saatlarında Naxçıvana qarşı həyata keçirdiyi dron hücumları Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı qəbuledilməz bir addımdır. Bu regional sabitliyi pozan hərəkəti və beynəlxalq hüququn pozulmasını qətiyyətlə pisləyirəm. Düşüncələrim və həmrəyliyim bu hadisədən zərər çəkmiş əhali ilə, xüsusilə də, təəssüf ki yaralanmış 4 nəfərlədir. Onların tezliklə sağalmasını arzulayıram”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button