Qazaxıstan İranın Naxçıvana zərbələri ilə bağlı narahatlığını ifadə etdi

Bu gün Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub.

Polise.az Teleqraf- a istinadən  xəbər verir, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ceyhun Bayramov martın 5-də mülki infrastruktur və şəxslərə zərərlə müşayiət olunan İran tərəfindən Azərbaycan Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dronla həyata keçirilmiş hücumların suverenliyimizə və ərazi bütövlüyümüzə zidd olduğunu vurğulayıb.

İranın qeyd olunan məsələyə aydınlıq gətirilməsini, izahat verilməsini, üzrxahlıq edilməsini, bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməsini tələb etdiyimiz Qazaxıstan tərəfinin diqqətinə çatdırıb.

Qazaxıstan naziri bu hücumlardan dərin narahatlıq ifadə edib, vəziyyətin daha da gərginləşməyəcəyinə ümidvar olduğunu bildirib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button