İtaliya diplomatları İrandan təxliyə olundu – FOTO

“Astara” sərhəd buraxılış məntəqəsindən təxliyə prosesi davam etdirilir.
Teleqraf-ın cənub bürosu xəbər verir ki, İtaliyanın İrandakı diplomatik nümayəndəliyinin 45 nəfərə yaxın əməkdaşı qrup halında sərhədi keçərək təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olub.
Təxliyə prosesi təhlükəsizlik tələblərinə uyğun təşkil edilib və hazırda prosedur mərhələli şəkildə davam etdirilir. Astara dövlət sərhədindən buraxılış məntəqəsində vəziyyət nəzarət altındadır.







