İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, liderlər Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən hücumu müzakirə ediblər.

Türkiyə dövlət başçısı pilotsuz uçuş aparatları (PUA) vasitəsilə törədilən bu hücumu kəskin şəkildə pisləyib.

Prezident Rəcəb Tayyib Ərdoğan həmkarı İlham Əliyevə və qardaş Azərbaycan xalqına baş vermiş hadisə ilə bağlı keçmiş olsun diləklərini çatdırıb.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button