Belçika Naxçıvan hava limanına edilən dron hücumunu pislədi

“Belçika ötən gün Naxçıvan hava limanına edilən və mülki şəxslərin yaralanmasına, mülki infrastruktura ziyan dəyməsinə səbəb olan dron hücumunu qətiyyətlə pisləyir”.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə Belçikanın baş nazirinin müavini və xarici işlər naziri Maksim Prevot sosial şəbəkə hesabında qeyd edib.

“Mən Azərbaycan hökuməti və xalqı ilə tam həmrəyliyimi ifadə edirəm. İran tərəfindən hər bir eskalasiya sabitliyə qayıdış perspektivlərini daha da zəiflədir. Biz dərhal təmkin göstərilməsinə və beynəlxalq hüquqa tam hörmət olunmasına çağırırıq”, – deyə o əlavə edib.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button